Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb

5-12-2021, 12:34           
Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayon sakini Əli Mustafayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Nərimankənd kənd sakini olan Mirhüseyn Hüseynov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru