Şamaxıda karantin qaydalarını pozan şadlıq sarayının sahibi barəsində araşdırma başlanıb

8-12-2021, 09:55           
Şamaxıda karantin qaydalarını pozan şadlıq sarayının sahibi barəsində araşdırma başlanıb
Şamaxıda karantin qaydalarını pozan şadlıq sarayının sahibi barəsində araşdırma başlanıb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru