Neftçalada 16 yaşlı qız özünü güllələdi

29-03-2016, 17:36           
Neftçalada 16 yaşlı qız özünü güllələdi
Azərbaycanda 16 yaşlı qız intihar edib.

ANS-in məlumatına görə, Neftçala rayonunun Bayat kəndi ərazisində yerləşən fermada yaşayan 2000-ci il təvəllüdlü Aytac Əhmədağa qızı Qasımova özünü ov tüfəngi ilə vuraraq intihar edib. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır. 16 yaşlı qızın canına qəsd etməsinin səbəbləri hələlik bilinmir.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru