Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

24-01-2022, 09:25           
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Qaralar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Əsədli kənd sakini E.Soltanov saxlanılıb.

Ondan qanunsuz olaraq ovladığı iki ədəd ov quşu aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru