Yanvarın 27-də arabir yağıntılı olacağı gözlənilir.

26-01-2022, 18:26           
Yanvarın 27-də arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeoroloiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti,

Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 27-si gündüzdən 28-i gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3°şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.