Azərbaycan nefti durmadan bahalaşır

7-05-2015, 11:45           
Azərbaycan nefti durmadan bahalaşır
Azərbaycan neftinin qiyməti dünya bazarında bahalaşaraq 69 dollara yaxınlaşır.

ANS PRESS-in məlumatına görə, London əmtəə birjasında ötən gün keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 68,95 dollara satılıb.

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bildirib ki, bu, mayın 5-də qeydə alınmış qiymətdən 0,51 dollar çoxdur.

Ekspertlərin fikrincə, bu, Azərbaycan üçün çox yaxşı haldır. Çünki "qara qızıl"ın qiymətinin tədricən artması ölkə iqtisadiyyatının dirçəlişi üçün əsas stimuldur.

Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru