Bakıda Əlillərin Bərpa Mərkəzi əlillərin nəyinə lazımdır?
11-04-2016, 13:59
Bildiyiniz kimi sentyabrın 21-də prezident İlham Əliyevin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub. Bundan sonra Bakı şəhərində əlillərin yeganə ümid yeri olan və səbirsizliklə gözlədiyi xəstəxana öz işinə başlayıb.
Lakin məsələ ondadır ki, necə başlayıb.
Bu gün mən 2-ci qrup Qarabağ əlili təmirdən çıxmış xəstəxanaya müayin\ə olmaq və ağrılarımın nədən olduğunu bilmək üçün getdim. Onuda deyim ki, 14-15 ilə yaxındır ki, mən bu xəstəxanaya müraciət edirəm. İnsafən həkimlər imkanları və bacarıqları daxilində əllərindən gələn köməyi edirdilər. Bu dəfədə təmirdən çıxmış xəstəxananı görəndə qürurlandım. Gözəl təmir edilmişdi. Lakin sən saydığını say gör Bərpa Mərkəzinin yeni rəhbərliyi nə sayır…..
Göndərişimi qeyd etdirmk istəyəndə qeydiyyatda oturan cavan qız məndən əlil kitabçamı və şəxsiyyət vəsiqəmin surətini istədi.
Qəribədir xəstə bəyəm özü ilə sənədlərinin surətini gəzdirməlidir? Nə isə bunu xırda bir anlaşılmamazlıq sayaraq xanıma müalicəyə gələndə sabah gətirəcəyimi vədd etdim. Xanım gülümsədi. Əvvəl onun gülümsəməyini mənə ürək dirək verilməsi kimi başa düşdüm. Axı mən xəstə idim və təbii ki, psixoloji müalicəm qapıdan başlamalı idi. Lakin yenə sən saydığını say gör Bərpa Mərkəzi nə sayır.
Bunu xanımın mənə “Gedin, iyun ayında gələrsiniz!” deməsindıən sonra başa düşdüm. Onu da qeyd etmək istəyirəm ki, baş həkimin yanına qeydiyata gedəndə həkim otaqları daxilində və qarşısında heç kim gözə dəymirdi. Həkim və şəfqət bacılarından başqa.
Doğudanda donub qaldım. Xanıma başa salmaq istədim ki, axı mən müayinə və lazım olarsa ambulatory müalicə üçün gəlmişəm. Yəni yatmayacağam xəstəxanada, lazımdırsa gəlib iynəmi vurudurub gedəcəm. İndi baxsınlar görsünlər ağrılarım nədəndir. Lakin xanım eyni bayaqki kimi gülümsəyərək,
“Yatmaq istəsəydiniz size 2018 ilə yazmalı olacaqdım. Doğrusu şaşırmışdım. Qapıdan bayıra çıxdım. Lakin yenidən dala qayıdıb baş həkimə 1- 2 sual verdim.
Qızım yaşında olan baş həkimdə üzümə baxaraq təsdiq etdi ki, “Bəli bizdə növbəlilik sistemidir. Gedin 2 aydan sonra sizə zəng edəcəklər.”
Xanıma sual verdim ki, xanım axı mənm ağrılarım var, mən nə etməliyəm?
Xanım mənə başqa Bərpa Mərkəzlərini saydı. Yəni ağrılarım olsa mən gərək Şağandan başlayaraq bütün Bərpa Mərkəzlərini gəzim. Ağrılarım ona görə deyirəm ki, biz müharibə əlilləri onsuzda xəstəyik və ancaq ağrılarımız güclənəndə buralara gəlirik.
Bu sözlərdən sonra artıq Qarabağ əlilləri üçün sözün qurtardığı yer olduğunu fikirləşib çıxıb redaksiyaya gəldim.
teref.aznun redasiyasından yenidən Bərpa Mərkəzinə zəng edərək operator özümü təqdim etdim və qızdan mətbuatın xəstəxana ilə bağlı suallarna cavab verəcək bir səlahiyyətli ilə calaşdırmağı xahiş etdim.
Operator məni birləşdirdiyi şəxs özünü Vüsal müəllim kimi təqdim etdi.
Vüsal müəllimə məsələni dedikdə, məni səhf etdiyimi, Bərpa Mərkəzində Qarabağ əlilləri növbəsiz qəbul edildiyini dedi. Vüsal müəllimdən vəzifəsini soruşanda , onun ambardar işlədiyi məlum oldu və niyə belə səbatsız olduğu təbii aydın oldu.
Axı əlili növbəyə yazmamışdan əvvəl ondan göndəriş tələb edirlər. Bu göndərişlə bir yerdə sən əlillik kitabçanı və şəxsiyyət vəsiqəni verməlisən. Və onlar bu sənədlərə əsasən səni növbəyə yazırlar. Növbən çatana qədər ölməsən sağ qalsan ola bilər ki, 2 aydan sonra ay ərzində ola bilər sənə zəng etsinlər və sən xəstəxanaya gəlib müayinə olasan.
İndi məni bir başa salan lazımdır, dövlət bu Bərpa Mərkəzini Qarabağ əlillərini müalicə etmək üçün ya təzədən təmir etdirərək gözəl ölüm konveyeri yaradıb.
Axı hamıda bilir ki, Qarabağ əlilləri bu gün cəmiyyətin ən imkansız təbəqsidir və onların yeganə ümid yeri olan bu xəstəxana onlara get 2 aydan sonra gəl deyirsə, bu onların ölümə məhkum edilməsi deyil nədir?
Ambardar Vüsal müəllimdən sonra telefona cavab verən cavan bir qız özünü təqdim etmədən dedi,
Müəllim baş həkim deyir gəlsin müayinədən keçsin.
Özünü təqdim etməyən xanımda sual vermək istəyəndə “ Vaxtım yoxdur!” deyərək telefonu üzümə qapatdı.
Mən illərlə bu Bərpa Mərkəzində müalicə almış bir Qarabağ əlili kimi bu cür münasibət, əlillərə yuxarıdan aşağı baxmaq, deyərdim hətta ikrahla baxmaq görməmişəm. Düzdür ola bilər vaş həkimin güclü dayısı olsun ki, bu cavanlıqda xanımı belə qəliz bir yerə baş həkim təyin elətdirsin.
Bu təyinatda, biz Qarabağ əlillərinin başında belə çatlamalı idi.
Görəsən o boş kabinetlərdə xəstəsiz oturan həkimlər niyə xəstə qəbul etmirlər, kim belə təzə əndrabadi sistem yaradıb?
Əldə etdiyimiz məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşı İlqar Qurbanov gətirilib.
Bərpa Mərkəzinin baş həkimi isə Günay Rəfiyevadır. Və mən bir Qarabağ əlili kimi onlara bildirmək istəyirəm ki, onların bizə göstərəckləri qulluğunun haqqını biz qanımızla ödəmişik. Və onların əlillərin hayatları ilə oynamağa heç bir haqları yoxdur və bir gün bun a görə hər halda cavabn verəcəklər.
Yenədə ritorik bir sual çıxır qabağımıza, yüksək tribunalarda Müharibə əlillərinə qayğıdan, Vətəni uğrunda əlil olanlardan heç nəyin məsirgəlinmədiyini deyən mənsəb sahibləri, işə gələndə ...........
Mən isə bir Qarabğ əlili kimi, bir Azərbaycan vətəndaşı kimi bu Bərpa Mərkəzindən imtina edirəm.
Bərpa Mərkəzinin işi ilə əlaqədər araşdırmamış davam edir.Bizi izləyin!
Bərpa Mərkəzinə cavab haqqı tanıyırıq!
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
Nurəddin Xoca.