Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu.

23-04-2022, 15:43           
Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxs quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib zərərçəkənin pencəyini götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.

A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru