İstixanada narkotik tərkibli bitkilər yetişdirən Saatlı rayon sakini saxlanılıb

24-04-2022, 09:26           
İstixanada narkotik tərkibli bitkilər yetişdirən Saatlı rayon sakini saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət Rustamov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru