Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayıdır

26-04-2022, 12:51           
Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı –
"Dünya Azərbaycanlılarının V Qurultayı”nın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi heç də təsadüfi deyildir. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan qədim Şuşa 2020-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsində Azərbaycanın qəhrəman oğullarının qanı-canı bahasına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən siyasəti və Azərbaycan xalqının birliyi sayəsində mənfur düşməndən azad olundu. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil. Azərbaycan ordusunun bu möhtəşəm qələbəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.
“Zəfər Qrultayının” Şüşada keçirilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir. Eyni zamanda dünyaya Süşanın, Qarabağın qədim Azərbaycan torpaqları olduğunu və bu torpaqların əzəli və əbədi sahiblərinin öz yurd yerlərinə yenidən və həmişəlik qayıtdıqlarını nümayiş etdirir. Qrultayda dünyanın 65 ölkəsindən 400-ə yaxın nümayəndə iştirak etdi.
Prezident İlham Əliyev Qurultayın işində iştirak edərək geniş nitq söylədi. Ölkə başçısı Dünya Azərbaycanlılarının həmrəyliyinin Qələbə ilə yekunlaşdığını, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarının, həm də dünya azərbaycanlılarının bir nöqtəyə vururduğunu, bir hədəfə çatmaq üçün çalışdığını bildirərək, hər birimizin hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıqını diqqətə çatdırdı. Daha sonra Prezident xaricdə yaşayan milyonlarla azərbaycanlının hər brinin yaşadığı ölkələrdə müharibənin gedişatını yaxından izlədyini, eyni zamanda, öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdığını qeyd etdi. İnformasiya təxribatlarının davam etdiyini bildirən cənab Prezident müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddialarının hələ ki, başa çatmadığını, lakin postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını bildirdi.
Prezident İlham Əliyev çıxışında bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycanın sülh gündəliyini təqdim etdiyini, bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsinin gündəlikdə olduğunu, Azərbaycanın konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdüyünü və Ermənistanın bu beş prinsipi qəbul etdiyini bildirdi. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacağını diqqətə çatdırdı.
Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Könül Əfəndiyeva – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.