Nərimanov rayonunda Zərifə xanımın xatirəsi anıldı

27-04-2022, 18:01           
Nərimanov rayonunda Zərifə xanımın xatirəsi anıldı
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rayon rəhbərliyi, alimlər və ziyalılarıniştirak etdiyi tədbirdə Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, oftalmoloq Paşa Qəlbinur və Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva çıxış etdilər. Çıxışçılar Zərifə xanım Əliyevanın tibb elminə verdiyi böyük töhfələrdən, oftalmologiyaya gətirdiyi yeniliklərdən danışaraq, onun dövrünün ən sayılan, seçilən həkimlərindən olduğunu vurğuladılar. Onlar həmçinin, Zərifə xanımın sədaqətli ömür-gün yoldaşı olduğunu və ailə dəyərlərinin ən gözəl nümunəsini göstərdiyini qeyd etdilər. Zərifə Əliyeva Azərbaycan xanımının bütün gözəl keyfiyyətlərini özündə birləşdirirdi. Oftalmoloq onu tanıyan bütün insanların yaddaşında xoş xatirələrlə qalıb. O, mehriban həyat yoldaşı, gözəl ana və sözün əsl mənasında böyük ziyalı idi.
Tədbirdə ö cümlədən Zərifə xanıma həsr olunan şeirlər səsləndirildi. Görüş səmimi xatirələr, maraqlı müsiqi kompozisiyaları ilə yadda qaldı.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.