Mayın 21-də hava necə olacaq

20-05-2022, 19:05           
Mayın 21-də hava necə olacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti,
Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru