İstanbulda Hun-Macar-Türk genetik yaxınlığına dair toplantı keçirilib

10-05-2015, 12:04           
İstanbulda Hun-Macar-Türk genetik və antropoloji yaxınlığına həsr edilmiş toplantı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünün təşkil etdiyi toplantıda məruzə edən macarıstanlı alim, Macar-Türk fondunun başqanı Biro Andras Zsolt antropologiya, arxeologiya və etnoqrafiya materialları və araşdırmaları əsasında qədim hunlarla macarların və türklərin etnik cəhətdən yaxınlığına dair tezislərini dinləyicilərlə paylaşıb. Köçəri mədəniyyətinin özünəməxsus cəhətləri barədə danışan Andras Zsolt mifoloji və totemik inanışlardakı oxşarlıqlara istinadən Orta Asiya çöllərindən ayrılandan sonra da hunların öz ənənələrindən qopmadıqlarını, macaların isə bu gün o ənənələri dirçəltmək və yaşatmaq çox ciddi addımlar atdığını vurğulayıb.

Toplantının sonunda macar alim dinləyicilərin suallarını cavablandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru