“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub

4-08-2022, 16:06           
“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub
"Bakcell" şirkətinin dəstəyilə “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi başa çatıb.

Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar öz rəsm əsərlərini müsabiqəyə təqdim ediblər. Ən yaxşı rəsmlərin satışından əldə olunan vəsaitə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələr alınıb.

Təşkilatçılar və müsabiqə iştirakçıları vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına baş çəkib, onlara öz qayğı və diqqətlərini ifadə ediblər. Layihə ümumilikdə 100 şəhid övladını əhatə edib.

Müsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.

Şirkətdən bildirilib ki, Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru