Zaqatalada atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb

8-08-2022, 07:54           
Zaqatalada atmosferi çirkləndirən avtomobillərin sürücüləri  barəsində qanunamüvafiq tədbir görülüb
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının
alınması məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə
zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı həmin avtomobillərdən
bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. İxrac
qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat
vasitələrindən istifadə etməli olduqları həmin sürücülərin diqqətinə çatdırılıb və
barələrində qanunamüvafiq tədbir görülüb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru