Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

8-08-2022, 16:49           
Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə keçirilən tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib.Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru