“Qisas” əməliyyatı ordumuzun gücünü bir daha göstərdi - İsrafil Kərimovun yazısı

15-08-2022, 22:06           
“Qisas” əməliyyatı ordumuzun gücünü bir daha göstərdi -
Ayqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal
qəsəbəsində olarkən Azərbaycan Televiziyasına müsahibə vermişdir. Ölkə
başçısı müsahibəsində Azərbaycan xalqının, dövlətinin və ordusunun
qətiyyətini bir daha qeyd etdi. Cənab Prezident bu müsahibə zamanı bir
çox sahəyə öz münasibətini bildirməklə yanaşı Laçın istiqamətində həyata
keçirilmiş qısamüddətli, lakin güclü təsirə malik əməliyyatın əhəmiyyətini
xüsusi vurğuladı. Əlbəttə, ölkənin taxıla, buğdaya olan ehtiyacı və ərzaq
təhlükəsizliyi ilə bağlı tədbirlər vacib amillərdir. Ölkəmiz bu istiqamətdə
lazımi işlər görür. Lakin ərazi bütövlüyümüzün təminatı, sülhün tam
mənada bərpası həm də azad olunmuş torpaqlarda əkinçilik və maldarlığın
inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinə verilmiş töhfə olacaqdır və ölkə
başçısınını qeyd etdiyi kimi bu proses artıq başlanmışdır.
Bu il avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı
əsgərimizin Ermənilər tərəfindən şəhid edilməsi və buna verilən ən sərt
cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi.
Ordumuz “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını yerdə qoymadı
alındı və qarşı tərəf ciddi şəkildə cəzalandırıldı. Ermənistan cəmiyyəti və
havadarları ordumuzun gücünü bir daha gördü.
Cənab Prezidentin bildirdiyi kimi Azərbaycanın qarşısında ciddi
hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur.
Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir.
Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz. Ölkəmiz öz
ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üç dövlət arasında
imzalanmış 2020-ci il 10 noyabr Bəyanatı həyata keçirilməlidir. Azərbaycan
ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə
məxsus silahlı dəstələr qalmamalıdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin
qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının
ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik
Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini
bütün dünya bir daha gördü.
Bu gün Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın
mərkəzinə çevirilməkdədir. Tarix boyu Rusiya imperiyasının cənub
sərhədlərində yerləşən bu ərazi indi müstəqil siyasət yürüdən və yeni
reallıqların formalaşdığı bölgədir. Azərbaycan yerləşdiyi regionun
inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir
gücünə malik olduğunu dəfələrlə sübut edib. Təkcə qonşu Gürcüstanın
inkişafında Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin və nəqliyyat
yollarının böyük əhəmiyyəti vardır. Əgər rəsmi İrəvan doğru mövqe
seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və
regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. Lakin 30 illik işğal hər üç
dövləti geriyə saldı. Azərbaycan alternativ yollar tapdı və inkişaf etdi. İndi
Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin
yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır.
Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir.
Azərbaycanın digər vətəndaşları kimi ermənilər də ölkə ərazisində
yaşayacaqlar. İndi Qarabağda yaşayan ermənilər gördülər ki, nə rəsmi
İrəvan, nə Rusiya sülhməramlıları onların problemlərinin həllində yardım
edə bilmir. Azərbaycan isə onlara yeni və keyfiyyətli yol çəkir, onların qazla
təminatını həyata keçirir, təhlükəsizliyini təmin edir. Ermənilər başa
düşməyə başlayıblar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə
inteqrasiyadan keçir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.