Avqustun 28-də hava necə olacaq
27-08-2022, 20:12

Bakıda və Abşeron yarımadasında
Yağmursuz.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq.
Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti,
dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.