Kral III Çarlzın qanla dolmuş gözü görənləri heyrətləndirdi

Bu gün, 15:38           
Kral III Çarlzın qanla dolmuş gözü görənləri heyrətləndirdi
Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzın gözündə qanaxma internet istifadəçilərinin narahatlığına səbəb olub.

Bu barədə "New York Post" məlumat yayıb.

Gözü qanla dolmuş monarx Fransa Prezidenti Emmanuel Makronun Böyük Britaniyaya rəsmi səfəri zamanı görüntülənib. Bukinqem sarayının adının açıqlanmasını istəməyən nümayəndəsi kralın gözündə sadəcə olaraq damarın partladığını söyləyərək ictimaiyyəti sakitləşdirib. O qeyd edib ki, bununla bağlı onun səhhətində heç bir problem yaranmayıb və xərçəng xəsətəliyindən əziyyət çəkməsi ilə bağlı deyil.

Qeyd olunur ki, tibbdə subkonyunktival qanaxma kimi tanınan gözdə qan damarının partlaması adətən narahatlığa səbəb olmur. Bu, məsələn, öskürək və ya asqırma nəticəsində təsadüfən baş verə bilər. Həkimlərin fikrincə, qızartı adətən bir-iki həftə ərzində öz-özünə yox olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.