Qastroenteroloq: "Yağlı qidalar xroniki xəstəliklərin riskini artırır"

Bu gün, 15:24           
Qastroenteroloq: "Yağlı qidalar xroniki xəstəliklərin riskini artırır"
Pis yemək vərdişləri həzm sistemində ciddi problemlərə səbəb ola bilər.

Gazeta.ru xəbər verir ki, bunu qastroenteroloq və terapevt Şota Kalandia deyib.

Həkimin sözlərinə görə, pəhrizdə lif və su çatışmazlığı bağırsaqların fəaliyyətini poza bilər.

"Yağlı qidalar, xüsusən də doymuş yağlar və trans yağları olan qidaların həzmi çətindir və bağırsaqda iltihaba səbəb ola bilər. Bu cür məhsullar həzm sistemində əlavə stres yaradır və xroniki xəstəliklərin riskini artırır", - deyə mütəxəssis qeyd edir.

O həmçinin şəkər və karbohidratların istehlakını azaltmağı tövsiyə edir, belə ki bu qidalar patogen bakteriyaların inkişafı üçün rahat mühit yaradır.

Mütəxəssis təkcə həzm sisteminin deyil, bütövlükdə bütün orqanizmin sağlamlığını qorumaq üçün balanslaşdırılmış pəhriz məsləhət görür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.