Smartfonlarımız qeyri-adi ulduzların partlayışları sayəsində işləyir: Alimlərdən mühüm kəşf

10-07-2025, 15:44           
Smartfonlarımız qeyri-adi ulduzların partlayışları sayəsində işləyir: Alimlərdən mühüm kəşf
Alimlər nəhayət sübut ediblər ki, smartfon və elektromobillərdə istifadə olunan litium-ion batareyaların əsas elementi litium ağ cırtdan ulduzların partlaması nəticəsində yaranır.

Oxu.Az-ın verdiyi məlumata görə, alimlərin bununla bağlı tədqiqatları "Astronomy & Astrophysic" jurnalında dərc olunub.

Araşdırma göstərib ki, ağ cırtdanlar (Günəş kimi ulduzların "ölü" qalıqları) digər ulduzlardan maddə çəkəndə onların səthində "nova" adlı termonüvə partlayışı baş verir. Bu partlayış zamanı "berillium-7" izotopu parçalanaraq "litium-7" əmələ gətirir.

Yeni müşahidə edilən "V1369 Cen" adlı partlayışdan yayılan qamma şüalanması bu prosesi təsdiqləyib.

Gənc ulduzlardakı yüksək litium miqdarı, məhz bu nova partlayışları ilə izah olunur. Alimlər indi bu qamma siqnallarını digər nova partlayışlarında da axtarmaqla nəzəriyyəni tam sübut etmək istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru