Milli ideyalara sədaqət

2-09-2022, 12:38           
Milli ideyalara sədaqət
Müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edirdi. Doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının əsasını təşkil edirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müsləqilliyini şərtləndirdi. Məhz o sessiyada Naxçıvan MSSR-in adı dəyişdirildi, Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qobul edildi. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu,həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi.
Naxçıvan Heydər Əliyevin həyatında xüsusi yer tutmuşdur. Naxçıvan Heydər Əliyevin vətənidir, o, burada doğulmuş, oxumuşdur və bütün dövrlərdə daim Naxçıvana böyük diqqətlə yanaşırdı. 1970-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Naxçıvanın sosial-iqtisadi inkişafına böyük töhfələr vermişdir. 1990-1993-cü illərdə ağır, çətin şəraitdə naxçıvanlılarla birlikdə blokada şəraitində muxtar respublikanın inkişafına, burada əmin-amanlığın bərqərar olunmasna, təhlükəsizliyin təmin edilməsinə böyük xidmətlər göstərmişdir.
Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi prosesbrə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.
Həmçinin qeyd etmək lazımdır ki, hər il bu qədim diyara dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistlər gəlir, burada müxtəlif beynəlxalq tədbirlər keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı obyektin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
Aynur Xəlilova - politoloq
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.