Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb

17-10-2022, 17:37           
Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tondan artıq balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 9 ayı ərzində 8 cinayət və 8 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 507 kiloqram axçalı balıq,1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 12 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru