Şəkidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs tutulub

18-10-2022, 12:16           
Şəkidə kirayədə yaşadığı evdən oğurluq edən şəxs tutulub
Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, həmin ünvanda kirayədə yaşayan Məftun Məmmədrəhimli tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını sataraq əldə etdiyi pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Qeyd edək ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru