Paytaxtda mövsümü ağacəkmə aksiyaları davam etdirilir

18-10-2022, 15:45           
Paytaxtda mövsümü ağacəkmə aksiyaları davam etdirilir
Mövsümlə əlaqədar Bakı şəhərinin müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri davam etdirilir.
Son vaxtlar Bakının flora müxtəlifliyinin artmasına baxmayaraq, şəhərin iqlim şəraitinə uyğunlaşmış aborigen ağac növlərinin sayı azalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə bununla əlaqədar, oktyabrın 18-də paytaxtın “Nizami”, “Atatürk” və “Sahil” parklarında xüsusi rəng çalarları ilə seçilən Lənkəran akasiyası və Hind yasəməni əkilmiş, həmçinin əvvəllər əkilən ağacların qurumuş budaqları budanmışdır.
Görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış şəhərin yaşıllıq planı üzrə aparılır.
Qeyd edək ki, yeni ağacların əkilməsi işlərində Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də fəal iştirak edirlər.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru