GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ BEYNƏLXALQ ELMİ- PRAKTİKİ KONFRANS
19-05-2016, 08:47
Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Dahi rəhbərin vurğuladığı “Dünyada gedən əsas tərəqqinin təməlində elm dayanır.”ifadəsini əsas tutan Universitet kollektivi elmi-tədqiqatların geniş şəkildə aparılmasına ciddi önəm verir.Bu baxımdan da digər ölkələrin alimlərinin yaradıcılığı ilə tanışlıq və qarşılıqlı əlaqələrin yaradılması üçün Beynəlxalq konfransların keçirilməsi artıq bir neçə ildir ənənəyə çevrilmişdir.
Möhtəşəm Heydər Əliyev parkında ucaldılmış Heydər Əliyev mərkəzinin iclas zalında keçirilən konfransda Qardaş Türkiyə, Rusiya və Gürcüstan, eləcədə Respublikamızın ali məktəblərindən, elmi-tədqiqat institutlarından 80-dən yuxarı nümayəndə, o cümlədən 11 nəfər xarici ölkə aliminin, bir nəfər akademikin, 4 nəfər akademiyanın müxbir üzvü iştirak edirdi.Konfrans iştirakçıları Ulu Öndərin heykəlinə gül dəstələri qoydular. Azərbaycan Respublikasının himni ilə açılışı elan olunan Plenar iclasında ilk öncə Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri professor Sevda Qurbanəliyeva iştirakçıları salamladı və Azərbaycan elminə böyük töhvə verəcək konfransın işinə uğurlar dilədi.
Gəncə Dövlət Universitetin rektoru professor Yusif Yusibov 4000 min ildən çox tarixi olan qədim Gəncəyə gəlmiş alimlərə səmimi sözlərini bildirdi.İlk öncə bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər hər sahədə olduğu kimi, təhsilimizin, elmimizin inkişafına böyük qayğı ilə yanaşırdı.İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi.Ulu öndərin elmə göstərdiyi həssas münasibət, alimlərimizə verdiyim ənəvi stimulonları yeni-yeni nailiyyətlərə ruhlandırıb.Heydər Əliyev özfəaliyyətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanıb. O, elmim əsələlərin həllində yüksək peşəkarlıq göstərirdi. Bunun ilk səbəbi onun özünündə elmi təfəkkürə sahib olması, intellektual
potensiala arxalanması idi.
Dahi rəhbərin sadiq davamçısı cənab Prezidentimiz İlham Əliyevin, Gəncə şəhər İcra Hakimiyyətinin basşçısı hörmətli Elmar Vəliyevin qayğısı nəticəsində əsası 1938-ci ildə qoyulmuş Universitettimiz günü-gündən inkişaf edir, beynəlxalq əlaqələri durmadan genişlənir. Bu günki konfrans da buna gözəl bir nümunədir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsulişçisi Əfqan Abdullayev Azərbaycan təhsilinin uğurlarından, son islahatlardan danışmaqla bərabər, Qeyd etdiki, ali təhsil ocaqları əsasən məzunları və elmi nailiyyətləri ilə tanınır. Təhsilin səviyyəsinə və elmi tədqiqatlarına görə Gəncə Dövlət Universitetinində qabaqcıl universitetlərdən biri olduğunu vurğuladı.Onu da qeyd etdiki, akreditasiya zamanı məlum olmuşdur ki, universitetin uğurlarından ən başlıcası alimlərinin elmi axtarışlarının müvəffəqiyyti, dünyada tanınmış, nüfuzlu jurnallarında nəşr olunmalarıdır. Bu günki Beynəlxal elmi-praktiki konfransı da o uğurlardan biri hesab etmək olar.
Kimya elmləri doktoru, professor, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın həqiqi üzvü Fuad Əliyev qeyd etdi ki, qədim Gəncə əsrlərlə olduğu kimi bu gün də Azərbaycan elminin beşiyi sayılan şəhərlərdəndir. Hal-hazırda 100-dən çox elmlər doktoru, 700-dən artıq fəlsəfə doktoru fəaliyyət göstərir. Gəncədə ciddi quruculuq işləri aparılır, yeni-yeni sənaye obyektləri yaradılır. Bu sahələrin daha da inkişafı məhz elmi axtarışlara söykənir. Gəncə Dövlət Universiteti də həmişə ön sırada addımlamış, bu gün də elmi bəhrəsi ilə şəhərimizin hərtərəfli inkişafına öz töhfəsini verəcəkdir.Plenar iclasında kimya elmləri doktoru, professor, Azərbaycan Milli ElmlərAkademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru,akademik Vaqif Abbasovun “Azofos gübrəsinin çöl sınaqlarının nəticələri”,AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının “Topoloji izolyator xassəli qeyri-üzvi materialların kimyası”, V.L. Komarova adına Botanika İnstitutundan biologiya elmləri doktoru Sıtin Andrey Kirilloviçin “Qafqazın birillik gəvənləri:təkamülü və taksomaniyası”, Botanika kafedrasının müdiri, professor, Əməkdar elm xadsimi Vaqif Novruzovun “Azərbaycan şibyələrinin tibbi-bioloji və kosmetik xüsusiyyətləri, istifadə olunma perspektivləri” mövzusunda çıxışları dinlənilmişdir.
Beynəlxalq elmi-praktiki konfrans bölmə iclaslarında davam etdirilmişdir.