Qarabağ və Şərqi Zəngəzur hava qapılarını dünyaya açdı

22-10-2022, 13:25           
Qarabağ və Şərqi Zəngəzur hava qapılarını dünyaya açdı
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri obektlərin say tərkibi ümumilikdə iki ildə işğaldan azad edilmiş əraziləmizdə görülən işlərin aydın ifadəsidir.
Son iki ilin əsas müzakirə mövzusu işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasının genişləndirilməsi, Böyük Qayıdışın sürətlənməsidir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərləri, həmin səfərlər çərçivəsində yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri ilə görüşləri tarixi Zəfərimizin yaratdığı sevincin aydın ifadəsidir. Bunlar həm də onun göstəricisidir ki, artıq 30 illik işğal dövrünün dağıntıları postmünaqişə dövrünün quruculuq və bərpa işləri ilə əvəzlənir. Qısa müddətdə ölçüyəgəlməz dərəcədə görülən işlərin hamısı Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir.
Cənab İlham Əliyevin təkcə son günlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək iki ildə görülən işlərin miqyasının nə qədər geniş olduğunu deyə bilərik.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə saldılar, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak etdilər. Onu da qeyd edək ki, oktyabrın 20-də iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, Qarabağa və Şərqi Zəngəzura ilk uçuşu həyata keçirən dövlət başçısıdır. Qarabağın və Şərqi Zəngəzurun hava qapısı dost ölkə ilə birlikdə dünyaya açıldı. Bu mühüm hadisə dünyaya bir daha mesaj oldu. Oktyabrın 20-də ölkə Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” “ağıllı kənd təsərrüfatı” kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər.
Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdən lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Bugünümüz üçün yeganə rəqib zamandır. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Bu mərhələ həmin ərazilərin malik olduğu potensialdan səmərəli istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq.
Arxada qalan hər gün Böyük Qayıdışı sürətləndirir. Dövlət başçısı İlham Əliyev soydaşlarımıza bu sevinci yaşatmaq üçün biri-birindən mühüm addımlar atır. Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşması ilə ilk addımı atılan Böyük Qayıdış ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyur. Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə Azərbaycanın növbəti mərhələdə dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək, investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq.
Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlayarkən bildirmişdir: bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi Böyük Qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.»

Tariyel Əhmədzadə - AMEA Huquq və Insan Haqlari İnstitunun
baş mütəxəssisi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.