Rauf Vəliyev və oğlunun adı Panama sənədlərində - FOTOLAR

19-05-2016, 12:50           
Rauf Vəliyev və oğlunun adı Panama sənədlərində - FOTOLAR
"Xəzər Dəniz Gəmiçilik” QSC-nin sədri Braxon Group S.A və daha bir neçə şirkətlər yaradılıb

Panama sənədlərində adı keçən azərbaycanlı məmurların adları bir-bir ortaya çıxır. Həmin sırada Rauf Vəliyevin də adı bəlli olub. Məlum olub ki, "Xəzər Dəniz Gəmiçilik” QSC-nin sədri olan Vəliyev bir neçə offşor şirkət yaradıb.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda qeyd edilir ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.
Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verəcəyik.

teref.az yazır ki, jam.az-ın verdiyi xəbərə görə, Rauf Vəliyev "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin olunmazdan əvvəl uzun müddət SOCAR-da çalışıb. O, sonuncu təyinata qədər SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub.
Xatırladaq ki, siyahıda offşor zonalarda hesab, müəssisə və ya mülkləri olan həmyerlilərimizin adları qeyd olunub. Ümumilikdə siyahıda 127 nəfərin adı var. Onların içində ölkənin tanınmış biznesmenləri, hətta yüksək ranqlı məmurların adı var.

Rauf Vəliyevin məsələsi araşdırlarkən, maraqlı bir məqam diqqətdən yayınıb. QSC sədrinin oğlu Raul Vəliyevin də adına şirkət yaradılıbmış. Bunu elə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun yayımladığı siyahıdan da görmək mümkündür. Belə ki, Raul Vəliyevin də eyni ünvanda yaşadığı, habelə başqa bir şirkətə başçılıq etdiyi diqqəti çəkir.
teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.