Ağsuda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələniblər

26-10-2022, 17:50           
Ağsuda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələniblər
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-yoxlama tədbirləri keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu istiqamətdə keçirilən mübarizə tədbirləri çərçivəsində piyada səkilərində, yol kənarlarında antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Həmin şəxslərə qanunvericiliyin tələbləri izah olunub və ancaq müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılıb.
Ümumilikdə, cari il ərzində keçirilən yoxlamalar zamanı 47 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.