“Nar” abunəçiləri eSIM-lə rəqəmsal rahatlığı seçir!

27-10-2022, 15:43           
“Nar” abunəçiləri eSIM-lə rəqəmsal rahatlığı seçir!
Azərbaycanda ilk dəfə “Nar” tərəfindən üztanıma texnologiyası ilə təqdim olunan eSIM xidmətindən yararlanan abunəçilərin sayı artmağa davam edir. Tamamilə onlayn şəkildə xidmətə qoşulma imkanı sayəsində son 1 ay müddətində rəqəmsal nömrəsini aktivləşdirən abunəçilərin sayı 24% artıb. Mobil operatorun verdiyi məlumata görə qoşulan cihazlar arasında liderlik iPhone və Samsung markalı telefonların payına düşür.
Xatırladaq ki, plastik SIM kartlardan fərqli olaraq, eSIM nömrənin zədələnməsi, itməsi hallarını və ya nömrə dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zərurətini aradan qaldırır, eləcə də təkkartlı telefonlarda belə bir neçə nömrənin istifadəsini mümkün edir. Cihazınızın eSIM texnologiyasını dəstəklədiyindən əmin olmaq üçün *#06# kodunu yığın. eSIM nömrəni heç yerə getmədən esim.nar.az səhifəsindən rahat şəkildə əldə etmək mümkündür.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru