Samux sakinində narkotik aşkar olunub

9-11-2022, 17:18           
Samux sakinində narkotik aşkar olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Elməddin Quliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “tiryək” aşkar edilib.
Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru