Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb

3-02-2023, 15:36           
Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, son günlərdə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan 6 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqram 600 qramdan artıq narkotik vasitə marixuana və 5 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisi aşkarlanaraq götürülüb.
Saxlanılanlar barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru