Qubada marşurut sürücüsü narkotikin təsiri altında saxlanılıb

9-03-2023, 15:49           
Qubada marşurut sürücüsü  narkotikin təsiri altında saxlanılıb
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon sakini Anar İsmiyevin idarə etdiyi marşurut mikroavtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru