Azərbaycanda vergi orqanlarının strukturu dəyişib

17-05-2015, 20:22           
Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən vergi orqanlarının strukturu dəyişdirilib.


İndiyə qədər “İnzibati orqanların Təsnifatı”nda Vergilər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Vergilər Nazirliyinin Bakı Şəhəri Vergilər Departamenti, ərazi vergilər idarələri, rayon vergilər şöbələri, Naxçıvan Şəhər Vergi İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri yer alıb.

Dəyişikliyə əsasən, “İnzibati orqanların Təsnifatı”nda bu sahədə inzibati orqanlar qismində Vergilər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında departamentlər, Vergilər Nazirliyinin ərazi vergilər departamentləri, ərazi vergilər idarələri, rayon vergilər şöbələri, Naxçıvan Şəhər Vergilər İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri olacaq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru