İsmayıllıda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

26-05-2023, 16:52           
İsmayıllıda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib
İsmayıllı şəhəri Qarabağ qəsəbəsində yerləşən Ağdam rayon 30 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən polis əməkdaşları “ağ ölüm”ün acı nəticələri barədə şagirdlərə məlumat verib, bu bəlaya düçar olmuş şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal olmasının vacibliyini qeyd ediblər.
Sonda mövzu ilə əlaqəli videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru