Hacı İbrahim Nehrəmlidən 1 milyard dollar istəyirlər – ŞOK TƏLƏB

27-06-2016, 09:51           

Məşhur iş adamı, “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli yenidən çıxılmaz vəziyyətə düşüb.
Mötəbər mənbələrdən AzToday.az-a daxil olan məlumata görə, İbrahim Nehrəmli xaricdə “Xəzər adaları” layihəsini maliyyələşdirmək üçün böyük məbləğdə vəsait tapa bilib. Belə ki, Dubayda aparılan danışıqlardan sonra ərəb şeyxləri Hacı İbrahim Nehrəmlinin fantastik hesab olunan layihəsinə 3 milyard dollar kredit verməyə hazır olduğunu bildiriblər. Onların əsas şərti isə o olub ki, verdikləri kreditə dövlət zamin dursun. Məlumatda deyilir ki, Hacı İbrahim Nehrəmlinin bu istiqamətdə “yuxarılar”la (yəni hökümətlə- red) apardığı danışıqlar isə hələlik bir nəticə verməyib. Bu barədə AzToday.az-a danışan mənbə bildirdi ki, Hacı İbrahim Nehrəmliyə bir şərtlə dövlətin zamin dura biləcəyi deyilib: 3 milyard dolların bir milyardı onlara verilməlidir.
Hacı İbrahim isə ərəblərdən alacağı pulun 450 milyon dollarını Beynəlxalq Banka olan kredit borcunu ödəyəcəyini və yerdə qalan məbləğlə “Xəzər Adaları”nda bir iş görə bilməyəcəyini deyib. AzToday.az-ın əldə etdiyi məlumatda deyilir ki, Hacı İbrahim Nehrəmli ilə Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslə aparılan danışıqlar bir ay bundan əvvəl başlayıb. Ancaq tərəflər hələlik razılığa gələ bilməyib.
Məlumatda həmçinin deyilir ki, “Xəzər Adaları”nda inşaat işlərinin yaxın zamanlarda yenidən başlayacağını xəbər alan Türkiyənin bir neçə tikinti şirkətinin nümayəndələri Bakıya gəlib və tikintidə iştirak etmək istəyirlər…
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli açıqlamalarında “Xəzər Adaları” layihəsinin tam başa çatması üçün 100 milyard dollar tələb olunduğunu bildirmişdi.
Hacı İbrahim Nehrəmlidən 1 milyard dollar istəyirlər – ŞOK TƏLƏB













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.