Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhərində məktəblilərlə görüş

30-09-2023, 13:46           
Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhərində məktəblilərlə görüş
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhərində yerləşən 14 təhsil ocağında IX-XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Həmçinin polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında onlara geniş məlumatlar verilib.
Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru