İsmayıllıda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib - FOTO

30-11-2023, 18:47           
İsmayıllıda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib - FOTO
Antinarkotik təbliğatının daha da gücləndirilməsi və genişləndirilməsi
məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə işləri
davam etdirilir. İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbində keçirilən
növbəti tədbirdə narkomaniyanın zərərləri ilə bağlı şagirdlərə ətraflı məlumat
verilib.
Məktəblilərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki
Şəmşir Kazımov narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu
zərərlərdən danışıb. Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
polis, eləcə də digər hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli
mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra çıxış edənlər də narkotik vasitələrin fəsadlarından, gənclərin bu
istiqamətdə maariflənmələrinin əhəmiyyətindən söz açıblar.
Sonda polis əməkdaşları mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran
sualları cavablandırıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.