Şirvanda qanunsuz silahlar könüllü təhvil verilib

7-12-2023, 16:42           
Şirvanda qanunsuz silahlar könüllü təhvil verilib
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən bir ədəd avtomat, bir ədəd daraq və 21 ədəd patron, eləcə də 6 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru