Ağdaş və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər

23-02-2024, 20:16           
Ağdaş və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər
Ağdaş və İsmayıllı Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində isə rayon sakinindən qanunsuz saxladığı 1 ədəd tüfəng aşkar edilərək götürülüb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru