Abad məhəllələrdə Novruz şənliyi

18-03-2024, 20:44           
Abad məhəllələrdə Novruz şənliyi
Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bayram günlərindəki şənliklər öz kütləviliyi ilə seçilib.
Bu gün Novruz bayramı paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Bayrami yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edək ki, Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru