İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı

19-03-2024, 16:28           
İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı
Prezident İlham Əliyev martın 18-də Xankəndi şəhərində çıxışında bildirdi ki, "İşğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur".
Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi. Qeyd edildi ki, “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.
Ötən illər ərzində ölkə rəhbərliyi qarşısında düran əsas vəzifə torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz olmuşdur. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq vurğuladı ki, “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər.
Azərbaycan indiyə qədər bir çox bəyanatları eşidib, amma nəzərə almayıb. Biz AŞPA-nın yaxud digərlərinin bəyanatlarına üzərində deyil, öz milli və dövlət maraqlarımız çərçivəsində planlaşdırırıq və uğurla həyata keçiririk. İndiyə qədər torpalarımızın azd edilməsi, suverenliyimizin bərpa edilməsi istiqamətində Ali Baş Komandan İlham Əliyev xalqımıza nə söz veribsə hamısını artıqlaması ilə yerinə yetirib.
Bizə qarşı olan qüvvələrin bu qədər səhv proqnozlar, mülahizələr irəli sürməsinə rəğmən, yenə kimsə Azərbaycana qarşı bəyanat səsləndirirsə ən azından həmin şəxsləri psixoloji yardım üçün aidiyyəti qurumlara təqdim etmək lazımdır. Kim nə deyirsə desin, nə edirsə etsin, bu bizi çox da maraqlandırmır. Biz öz işimizi, öz maraqlarımız çərçivəsində həyata keçirməkdə qərarlıyıq və bu gələcəkdə də belə olacaq. Həmin qüvvələrə də məsləhət verərdim ki, ən azından son günlər NATO Baş katibinin, Amerika Bişləşmiş Ştatları Prezidentinin Azərbaycana ünvanladığı mesajlara diqqətlə baxsınlar. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla mövqeyinə nəzər salsınlar. Əks halda onlar öz bəyanatları ilə özünütəcrid prosesinə başlamış olacaqlar.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.