Ürək-damar xəstəliklərindən qorunmaq üçün menyu

21-03-2024, 10:08           
Ürək-damar xəstəliklərindən qorunmaq üçün menyu
Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Kardioloq Mərd Palabıyık ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün bir günlük nümunəvi qidalanma rejimini izah edib. TEREF medicina.az-a istinadən həkimin bir günlük qida menyusunu təqdim edir:
Səhər yeməyi: çay, 1-2 dilim az yağlı pendir, 2-3 ədəd az duzlu zeytun, 1 çay qaşığı mürəbbə və ya bal, salat (pomidor, xiyar, rukkola, zeytun yağından ibarət), 1 dilim çovdar çörəyi.
Qəlyanaltı: 1 porsiya mövsümi meyvə.Nahar: quru lobya yeməyi və ya yağsız ət (toyuq, balıq, qaynadılmış ət (60-90 q), makaron və ya bulqur plovu (1 porsiya), salat (yağsız).Qəlyanaltı: bir ovuc çərəz.
Şam yeməyi: şorba, ət və tərəvəz yeməyi, 1 kasa qatıq, salat, 1 dilim çovdar çörəyi.Qəlyanaltılar: meyvə, 1 stəkan az yağlı süd.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru