Azərbasycan alimi Rahim Daşdiyevin Elm Gününə töhvəsi

28-03-2024, 12:44           
Azərbasycan alimi Rahim Daşdiyevin Elm Gününə töhvəsi
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilmişdir. Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Qazaxstan Respublikasında Çin və Qazaxstan şirkətləri tətəfindən təşkil edilən “Nanoekotexnologiyalar laboratoriyası”-nın direktoru Rahim Abas oğlu Daşdiyev Azərbaycanın Elm Gününü 8 Elmi Kəşflə qeyd edir. Professor Rahim Daşdiyevlə bərabər bir qrup Azərbaycan, Çin və Qazaxstan alim və qabaqcıl mütəxəssislərin iştirakı ilə nəzəri və tətbiqi nanokolloid kimyası və nanomolekulyar fizika üzrə dünyada rekord olaraq 2021-2023-cü illər ərzində 6 Elmi Kəşf səviyyəsinə qədər nailiyyətlər əldə edilmişdir. Bu Elmi Kəşflərin QR neft yataqlarında tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 32 milyon ABŞ dollarından çox olmuşdur. 7 və 8-ci Elmi Kəşflər (2023-2024) isə dünya təcrübəsində ilk dəfə olaraq, tükənməz elm xəzinəsi olan Quran ayələri əsasında dialektikanın yeni qanunu olmuşdur. Professor Rahim Daşdiyevin Elmi Kəşflər bazasında yeni texnologiyaların yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olunmasında əsas meyar hesab etdiyi mötəbər mənbələr:

Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı:

“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı bəyanatı:

“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.

Hər bir Elmi Kəşfdən sonra Almaniyadan, Avropa Təbiət Elmləri Akademiyasının prezidenti tərəfindən Azərbaycan alimlərinin nailiyyətləri ilə bağlı rəsmi şəkildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə mütəmadi olaraq məlumat daxil olur. Rahim Daşdiyev Azərbaycan Respublikası Prezidentinin 19.09.2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, Almaniyada isə ATEA prezidenti tərəfindən görkəmli elmi nəticələrinə görə “Wilhelm Leibniz” (2021) və “Alexander von Humboldt” (2023) medal və diplomları ilə təltif edilmişdir. Avropa Təbiət Elmləri Akademiyası akademiklərinin bioqrafik ensiklopediyasının 2021 və 2024-cü il nəşrlərində R.A.Daşdiyevin elmi fəaliyyəti haqqında məlumat dərc edilmişdir.
TEREF













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.