Kimlər banan yeməməlidir?

29-03-2024, 10:08           
Kimlər banan yeməməlidir?
Yetişmiş bananların kifayət qədər yüksək glisemik indeksi var - bu, karbohidratların qan şəkərinin səviyyəsinin artmasına təsirini əks etdirən bir göstəricidir. Yəni, banan yedikdən sonra qanda şəkər sürətlə yüksəlir, ona görə də insulin müqaviməti və şəkərli diabetiniz varsa, onları yemək məsləhət görülmür. Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Alena Stepanova RİA Novosti-yə bildirib.Onun sözlərinə görə, bu meyvələrin tərkibində saxaroidlər olduğundan, ishal və qıcıqlanmış bağırsaq sindromu zamanı banan istehlakı minimuma endirilməlidir.Dietoloq Veronika Qusakova isə News.ru-ya bildirib ki, bananın şəkərli diabet üçün əks göstəriş olması ilə yanaşı, bu məhsul mədə-bağırsaq traktının bəzi xəstəlikləri və böyrək funksiyasının pozulması üçün istifadə edilməməlidir.Qeyd edək ki, banan meteorizm və qıcıqlanmış bağırsaq sindromuna səbəb ola bilər. Bundan əlavə, banan infarkt və insultdan sonra sağalma dövründə də qadağandır. Çünki yüksək kalium tərkibinə görə bu meyvələr sağalma prosesini ləngidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.