Azərbaycanla Konqo arasında çox böyük potensial var - İsrafil Kərimovun yazısı

5-04-2024, 10:38           
Azərbaycanla Konqo arasında çox böyük potensial var -
Azərbaycanla Konqo arasında çox böyük potensial var
Aprel ayının 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-
Nqesso Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər
çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo
Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə tətbətək və geniş
tərkibdə görüşləri keçirilib.
Sonra hər iki dövlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo
sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər ilk növbədə
“Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq
haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə həmçinin “Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında
təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de
Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi
haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf
və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı
idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət
Protokolu” imzalanıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata
bəyanatlarla çıxış ediblər. Qeyd edilib ki, iki ölkə arasında imzalanan
Əməkdaşlıq haqqında Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu
sənəd Azərbaycan və Konqo arasında gələcək əməkdaşlığın
perspektivlərinin müəyyən edəcəkdir. Hər iki dövlər bundan sonra da
qarşılıqlı dəstək əsasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə
BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyətilərini
davam etdirəcəklər. 2024-cü ilin yanvar ayına qədər Qoşulmama
Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər
zaman hiss etmişdir.
Bildirilib ki, görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir
mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində,
ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və
digər sahələrdə iştirak etmək fikrindədir. Əməkdaşlığımız üşün çox gözəl
perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki
ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil
ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin
davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı
tərəfindən müvafiq göstərişlər verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidento Deni
Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində
iştirak etmək üçün dəvət edib. Prezident İlham Əliyev bildirilib ki,
"Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və
burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq
etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla
Konqo Respublikası arasında çox böyük potensial vardır və bu potensial
inkişafa töhfə verə bilər. Konqonun çox böyük kənd təsərrüfatı potensialı
mövcuddur və bu əkin sahələrinin cəmi 3 faizi istifadə edilir. Bu da o
deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda bol su
mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına
imkan verir. Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən
Konqoda istifadə etmək mümkündür və istehsal edilən məhsulun ixracı
gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda bərpaolunan enerji
sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki zəngin
təcrübəsindən yararlanmaq olar.
Görüşün sonunda hər iki dövlətin başçısı Konqo ilə Azərbaycan
arasında güclü dostluq əlaqələri yaradılacağına əmin olduqlarını bildirdilər.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.