Yaponiyada qida əlavəsindən zəhərlənənlərin sayı artıb

15-04-2024, 10:08           
Yaponiyada qida əlavəsindən zəhərlənənlərin sayı artıb
Yaponiyada qırmızı düyü əlavələri qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı 226 nəfərə çatıbUcnoqta.az xəbər verir ki, NHK-ın Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatlarına görə, Kobayashi Pharmaceutical şirkətinin qırmızı koji (mayalanmış düyü) qida əlavələrini qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilənlərin sayı 226 nəfərə çatıb.Ümumilikdə ən azı 1344 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 226-sı xəstəxanaya yerləşdirilib. Hal-hazırda 70-90 yaş arasında olan koji qırmızı düyü əlavələri qəbul edən insanlar arasında beş ölüm halı məlumdur.Hazırda həmin qida əlavələrinin satışı tamamilə dayandırılıb. Məhsullarında qırmızı koji düyü istifadə edən bir sıra Yapon şirkətləri də məhsullarının geri çağırıldığını elan ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.