Qarabaşağın faydalarını bilin

18-04-2024, 08:57           
Qarabaşağın faydalarını bilin
“Qreçka” adı ilə tanıdığımız qarabaşaq dünyanın bir çox ölkələrində istifadə olunur. Genetik dəyişikliyə məruz qalmadığından ekoloji təmiz qida məhsulu sayılan o həm də özünəməxsus dadına görə fərqlənir.Dünyanın bir çox tanınmış müalicə müəssisələrində, sanatoriyalarında qarabaşaq qida rasionuna daxil edilir. Bu da səbəbsiz deyil. Qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var.Mütəxəssislər həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir.Yenisabah.az qarabaşağın faydalarını təqdim edir:Qanda şəkəri endirirQarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.Həzmi normallaşdırırTərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.Dərini, saçları və dırnaqları möhkəmlədirirSink, A və B qrupu vitaminləri dırnaq, saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma funksiyasını yerinə yetirir.Sakitləşdirir, əhvalı qaldırırDepressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır.Arıqladır100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur, bədəndə maye yığılmasına qarşıdır.Damarları möhkəmləndirirQarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.Bağırsaq xərçəngindən qoruyurQarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur. Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.