Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTO

25-05-2024, 12:13           
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTO
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Şəhərimizin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi
məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının
25-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.
Bu barədə dia-az.info-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən
məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin
texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara
ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməclik zamanı həm də
məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən
prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq
dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində
oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində
təmizlik işləri görülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət
və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz
obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni
zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu
iməclikdə fəal şəkildə iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən
əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə
toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və
yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni
zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü
oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar
yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi
aparılır.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və
yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam
etdiriləcəkdir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.