Qidalanma və sağlamlıq necə bağlıdır?

14-08-2024, 12:24           
Qidalanma və sağlamlıq necə bağlıdır?
Qidalanma həyatda ən mühüm amillərdən biridir. Qida ilə biz enerji, su və minerallar alırıq ki, bu da orqanizmdə müxtəlif daxili proseslərdən sonra müsbət təsir göstərir.
Gündəlik pəhrizinizdə zülallar, yağlar və karbohidratlar balanslaşdırılmış deyilsə, bədəninizdə minerallar yoxdursa mənfi nəticələrlə qarşılaşa bilərsiniz. Zehni və fiziki inkişafın pisləşməsi, artan yorğunluqa, gün ərzində yuxululuq ola bilər.
Həmçinin dərinin vəziyyəti, saçlar, dırnaqlar və dişlər nəzərəçarpacaq dərəcədə pisləşir və müxtəlif xəstəliklər yarana bilər.Bədəndəki bütün orqan və sistemlərin fəaliyyəti pozulur.
Ən çox mədə-bağırsaq traktları əziyyət çəkir.Yuxarıda göstərilən nəticələrin hamısının baş verməsinin qarşısını almaq üçün qidalanma sistemini düzgün qurmaq vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.